Bakıda məktəbdə 7-ci sinif şagirdlərinin intim görüntüləri yayımlandı - Nazirlik işə qarışdı
Bakı şəhəri Səbail rayonunda yerləşən 134 saylı orta məktəbdə şagirdlərin intim münasibətdə olması ilə bağlı video yayılıb.
Yayılan videoda olanların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb. (primetime.az)
Təhsil Nazirliyindən məsələ ilə bağlı açıqlama verib. Nazirliyin açıqlamasını təqdim edirik:
"Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı bildiririk ki, təhsilalanların yaş həddi nəzəra alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda bildirilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur", - deyə açıqlamada bildirilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 957 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 928 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 918 dəfə oxunub