Bayıldan köç başladı - İcra başçısı göstəriş verdi
"Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür".
Bunu Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə görüşdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.
E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.
Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.
///APA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 968 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 931 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 922 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 922 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 919 dəfə oxunub
loading...