Deputatdan vitse-spikerə irad: Bu qanunun maddələri Konstitusiyamıza ziddir
Biz komitə iclasında da qanun layihəsində əksini tapan və Konstitusiya ilə ziddiyyət təşkil edən məqamlara iradlarımızı bildirdik. Ancaq Valeh müəllim, siz yenə eyni qaydada, dəyişiklik aparmadan qanun layihəsini bizə təqdim etdiniz.
Mynews.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deyib.
Deputat xatırladıb ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində qanun layihəsinin müzakirəsi zamanı sədr Valeh Ələsgərov onları “vətənpərvər” adlandırıb:
“Özümü həqiqi vətənpərvər hesab edirəm. Buna görə də deməliyəm ki, bu qanunda Konstitusiyamıza zidd maddələr yenə əks olunub. Az qala hər şey ölkə qanunlarından daha üstün hesab olunur.
Bu məqamlar ikinci oxunuş üçün mütləq düzəldilməlidir. Azərbaycan vətəndaşlarının yerli məhkəmələrə, o cümlədən Avropa İnsan haqları Məhkəməsinə müraciət etmək hüququ var. Bu qanunda isə belə bir imkan onlara yaradılmayıb”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 908 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 593 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 584 dəfə oxunub