Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polis reyd keçirib-mikroavtobusda mal-qara daşıyanlar cərimələnib

Astarada yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə rayon ərazisində reyd keçirilib. 

Mynews.az-ın məlumatına görə, DİN mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev açıqlamasında bildirib ki, reyd zamanı əsasən istismar müddəti başa çatmış, eləcə də texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan avtonəqliyyat vasitələri aşkarlanaraq barələrində inzibati protokol tərtib edilib. 

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən eyni zamanda sürücülər tərəfindən törədilən digər kobud qayda pozuntuları da qeydə alınıb. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, azyaşlı uşağı ön oturacaqda əyləşdirən, nəqliyyat vasitəsində kobud konstruksiya dəyişiklikləri edən və avtomobilə əlavə qurğular quraşdıranlar aşkarlanıb. 

Reyd zamanı sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobusda mal-qara daşıyanlara da rast gəlinib. Sürücülərin hər biri qayda pozuntularını müxtəlif səbəblərlə izah etməyə çalışıblar. Bu cür faktların qaşısının alınması və yollarda sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizliyinin təmini məqsədini daşıyan reydlər bundan sonra da davam etdiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...