Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəqiqləşdirilməmiş məlumat yayan saytlar - DİQQƏT!

Bilməyərəkdən yalan məlumat yayan saytlar daha sonra bununla bağlı təkzib verirsə, onlara qarşı hansı bir cəza mexanizmi nəzərdə tutulur?

İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Mətbuat Şurası İdarə heyətinin üzvü, «Əməkdar jurnalist», Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı Vüqar Rəhimzadə sualın cavabı ilə bağlı Metbuat.az-a açıqlamsında bildirib ki, belə hallar tez-tez yaşanır:

“Saytlar məlumat yayarkən diqqətli olmalıdır. Yalan məlumatı bilməyərəkdən yaymaq çox nadir hallarda olur. Əksər saytlar bilərəkdən yalan məlumat yayırlar. Sayt öz səhvini etiraf edirsə, Mətbuat Şurasında bununla bağlı ciddi bir qərar qəbul olunmur. Sadəcə, gələcəkdə bu cür halların təkrarlanmaması üçün tövsiyə olunur. Dediyim kimi, əksər saytlar ilkin mənbə kimi bilərəkdən yalan məlumatı paylaşır, digər saytlar da ondan götürür. Sonradan birinci mənbə xəbəri silsə də, digər saytlardan onun çıxarılması problemə çevrilir. Dəqiqləşdirilməmiş məlumatların yayılması çox ciddi məsələlərdən biridir. Saytların bu məsələdə diqqətli olması vacibdir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...