Saç feni almağa apardı, gəlin taksiyə oturub qaçdı – VİDEO
Göygöl rayonunda iki ayın gəlini evdən qaçıb.
Mynews.az “Xəzər TV”yə istinadən xəbər verir ki, Göygöl rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva düz səkkiz gündür ki, axtarılır.
Qayınatası bildirib ki, gəlinini saç feni almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb.
Gəlinin qayınanasının sözlərinə görə, Asiya oğlu Royal Bayramovla öz istəyi ilə ailə qurub. Evi tərk edənə qədərsə, münasibətlərində heç bir problem olmayıb.
Elə qızın valideyinləri də məsələnin hansı səbəbdən baş verdiyini bilmir. Ailə itən gəlin üçün çox böyük narahatlıq keçirir. Qayınatası hətta onun tapılmasına kömək edəcək şəxsə mükafat da vəd edib.
Qeyd edək ki, məsələ ilə baglı Göygöl rayon hüquq-mühafizə orqanlarına da müraciət edilib, araşdırılma aparılır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 950 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 905 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 595 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 595 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 591 dəfə oxunub