Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəkli yayılan döyülmüş qadın əslində kimdir? - 18+ FOTOLAR

Sosial şəbəkələrdə guya Salyan rayonunda yaşayan qadının əri tərəfindən döyülməsi və küçəyə atılması barədə məlumat yayılıb.

Əksər sosial şəbəkə istifadəçiləri məsələnin kökünü bilmədən həmin hadisəni törədən şəxs haqqında mənfi rəylər, təhqirlər yazmağa başlayıb. Hətta bu hadisəyə görə yerli polis əməkdaşlarını ciddi qınayanlar da olub.

İki gündür sosial şəbəkləri bürüyən həmin foto ilə bağlı Femida.az araşdırma aparıb. Məlum olur ki, Salyanda baş vermiş olay kimi təqdim olunan həmin hadisə əslində 2017-ci ilin martında Mərakeşin Kasablanka şəhərində olub. Fotoda əks olunan qadın ərinin ikinci evliliyinə etiraz etdiyi üçün bu hala salınıb.
Qeyd olunan məsələ hələ bir il öncə dünya mətbuatının gündəmini silkələmişdi.

1 il öncə xarici ölkədə baş verən hadisəni Azərbaycanda baş vermiş hadisə kimi təqdim edənlərin məqsədi nədir? Bu əməllərin arxasında kimlər dayanır?

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...