Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nərgiz Paşayevanın qızı Bakıdakı məşhur kinoteatrı tənqid etdi

“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova “Metropark” əyləncə mərkəzində yerləşən “Park Cinema”nı sərt şəkildə tənqid edib.

Mynews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ülviyyə Mahmudova kinoteatrı onun itini məkana buraxmamaqda ittiham edib. 

““Park Cinema”nın kinoteatrına gəldim. Mənim sevimli “Karabas”ımı zala buraxmadılar. Bu gündən etibarən “Park Cinema”ya yox, “Gənclik Mall”dakı “Cinema Plus”a gedəcəm. Ümid edirəm ki, heç olmasa onlar ev heyvanlarına yaxşı münasibət bəsləyəcəklər. İstərdim ki, kinoteatrlar pişik, it kimi təmiz, sevimli heyvanların bura qoyulmamağı ilə bağlı qaydalarını yenidən nəzərdən keçirsinlər”,- deyə o vurğulayıb. 

Qeyd edək ki, Ü. Mahmudova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...