BDU-nun tələbəsi dəhşətli qəzada öldü
Xəbər verdiyimiz kimi, ötən gün Salyan rayonunda 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəzada dünyasın dəyişən 2000-ci il təvəllüdlü Qardaşov Arif Vaqif oğlu Bakı Dövlət Universitetinin tələbəsi olub.
Bu barədə sözügedən təhsil ocağının Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev məlumat yayıb. Əliyev onun birinci kurs tələbəsi olduğunu bildirib.
Qeyd edək ki, Masallı rayon sakini Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi mikroavtobusla Bakı sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi qaldırıcı kran toqquşub. Qəza zamanı mikroavtobusda olan Masallı rayon sakini Qardaşov Asif Vaqif oğlu ilə yanaşı, 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı hadisə yerindəcə ölüb.
Digər iki sərnişin – Amin Ağarəhimov və Gülzar Nurəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 571 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 560 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 556 dəfə oxunub