Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ADY Bakı-Ağstafa qatarının gecikməsi barədə - "Sürəti azaltmışıq"

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Ağstafa-Qazax qatarının hərəkətində baş verən gecikməyə münasibət bildirib.

Mynews.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Trend-ə faktı təsdiqləyib: "Qatarın gecikməsinə səbəb hava şəraiti ilə bağlı sürətin azaldılması olub. Nəticədə qatar 1 saat gecikib. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün qatarın sürəti azaldılıb. Başqa heç bir problem yoxdur".

Xatırladaq ki, fevralın 18-i saat 23:50-də Bakıdan Ağstafa istiqamətinə hərəkət edən sərnişin qatarı hava şəraiti ilə əlaqədar gecikib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...