Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azyaşlıların "ölüm keçidi" - Diqqətsizlik ölümlə nəticələnir - VİDEO

Ötən həftənin cümə günü Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində bağçaların və məktəblərin önündən hazırlanmış veriliş tamaşaçılara təqdim olunub. Verilişdə bağçanın önündən sürətlə hərəkət edən avtomobillərin əyani olaraq görüntüsü tamaşaçılara təqdim edilib. 60 km/s sürəti olan yolda ağır tonnajlı avtomobillər 100 km/s ilə hərəkət edirlər.

Valdeynlər bu yolda tez-tez qəzaların baş verdiyini qeyd edərək, bağça uşaqlarının da bu qəzaların qurbanı olduğunu vurğulayıblar. Piyada keçidinin ən üst hissədən asılması və xəbərdarlıq nişanlarının olmamasıda diqqətə çatdırlıb. Aparıcı Amil Xəlil digər oxşar yerlərə baş çəkib təhlükədən xəbər verib. "Tranplin"-ə ehtiyacın olduğu xüsusilə qeyd edilib. Daha sonra ekspert Ərşad Hüseynov da məsələdə aparıcı ilə həm fikir olduğunu qeyd edərək, müafiq qrumların bu cür yerlərə diqqətinin vacib olduğunu nəql edib. Bakının təhlükəli yollarından hazırlanan verilişi sizə təqdim edirik...

Qeyd edək ki, veriliş yayımlandıqdan sonra sözügedən problem artıq qismən öz həllinə qovuşub.

Xatırladaq ki, verilişin informasiya dəstəyi BiG.AZ saytıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...