Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtomobiliniz bu markadandırsa, təhlükə ola bilər - XƏBƏRDARLIQ

«Ford» və Çinin «Changan» şirkəti birgə müəssisələrində yığılmış 560 mindən çox avtomobili geri çağırıb.

Mynews.az  Trend-ə istinadən bildirir ki, bu, avtomobillərin əyləc sistemindəki qüsurlara əlaqələndirilib.

Bildirilir ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min «Mondeo» modeli və 2014-2017-ci illərdə buraxılan 200 min «Edge» modelinə şamil edilib.

Qeyd olunur ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.

Şirkətdən bildirilib ki, fevralın 25-də başlayacaq geriçağırma prosesində bütün qüsurlu hissələr «Changan Ford» birgə müəssisəsinin hesabına dəyişdiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...