Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gənclərimiz hərbi xidmətə niyə gec adaptasiya olurlar? - Günahkar Təhsil Nazirliyidir yoxsa....

Sözsüz ki, Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Bu baxımdan orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Bu məsələnin bütövlükdə Milli Ordunun döyüş qabiliyyətinə təsir edən amillərdən olduğunu vurğulayan ekspertlər gənclərin ilkin hərbi hazırlığı məhz orta məktəblərdə almalı olduğunu bildirirlər. Mütəxəssislər, bu sahədə vəziyyətin ciddi şəkildə araşdırılmasına və təsirli tədbirlərin görülməsinə ehtiyacın olduğunu deyirlər. 

Gənclərimiz hərbi xidmətə niyə gec adaptasiya olurlar? - Günahkar Təhsil Nazirliyidir yoxsa....

Bu məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov bildirib ki, son vaxtlar hərbi dərslərin tədris olunması ilə bağlı xüsusi diqqət göstərilir: “Oğlanlar 15-16 yaşlarında fiziki yoxlanışdan keçirlər. Onların hərbiyə yararlığı yoxlanılır. Əgər onun tibbi və psixoloji problemləri yoxdursa hərbi xidmətə göndərilir. Əsgərliyə gedən kimi oğlanlar birbaşa hərbi işə cəlb olunmur. Müəyyən vaxt təlim məntəqələrində saxlanılırlar. Həmin təlim məntəqələrində silahla davranış, yemək qaydaları müəyyənləşdirilir. Əslində orta məktəblərdə və hərbi xidmətdə çağrışçılarla psixoloji işlər aparılmalıdır. Statistikada da göstərilir ki, daha çox problem hərbi xidmətə yeni çağırılanda və başa çatan zamanlarda olur. Əsgərin səbri çatmır və yaxud da hər hansı bir narahatçılığı olur. Bir sözlə psixoloji işi gücləndirmək lazımdır. Hərbi çağırış zamanı psixatrlarla yanaşı yaxşı olar ki, psixoloqlar da onlarla görüşsün. Bu görüş zamanı onların hərbi xidmətə yararlı olub olmamaqları aydınlaşacaq”. 

Gənclərimiz hərbi xidmətə niyə gec adaptasiya olurlar? - Günahkar Təhsil Nazirliyidir yoxsa....

Hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, 1937-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə bütün ölkə ərazisindəki məktəblərdə hərbi vətənpərvəlik və dərnəkləri yaradıldı: “Burada orta məktəbləri bitirənlərə silahla davranış qaydaları, hərbi normativləri öyrədilirdi. Həmçinin kiçik nəzəri biliklər aşılanırdı. Ən önəmlisi isə psixoloji hazırlıq keçirdilər. Bütün sovet dövründə yaşayan oğlanlar və qızlar bu mərhələni keçirdilər. Hərbi hazırlıq dərslərində istehsal olunmuş silahlardan, minalarda və digər hərbi sursatlardan istifadə qaydaları əyani olaraq tədris olunurdu. Müstəqillik qazandıqdan sonra bu proses bir müddət davam etdirildi. Ancaq müəyyən zamandan sonra xüsusilə cəbhəboyu ərazilərdə yerləşən rayonlardakı məktəblərdəki təlim silahları sıradan çıxdı. Bunların bir çoxu da modelləşdiyinə görə döyüşdə istifadə olundu. 2000-ci illərin əvvəllərində Azərbaycan Avropa Şurasının qarşısında öhtəlik götürdü. Bu öhtəliyə görə yalnız nəzəri biliklər əsasında hərbi dərslər keçirilməyə başlanıldı. Hərbi hazırlıq dərsləri Sovet dövründəki kimi dərindən öyrədilmədi. Təlim silahlarından istifadə olunmur. Şagirdlər təlim mərkəzklərinə aparılmır. Nəticədə də Azərbaycan yeniyetmələri həqiqi hərbi xidmət yaşına çatdığı zaman müəyyən problemlərlə üzləşirlər. Bu problemlər psixoloji problemlərdir. Yəni mühitə adaptasiya dövrünü uzadır”. 

Ekspert vurğulayıb ki, hərbi hazırlıq dərsləri dərindən aparılmalıdır: “Çünki Azərbaycan müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlı hər bir gənc atıcı silahlardan istifadə qabiliyyətinə malik olmalıdır. Lakin təəssüf ki, bu yalnız silahdan istifadə yalnız hərbi xidmətdə öyrədilir. Bundan bağlı ölkənin tanınmış şəxsləri, ekspertlər öz fikirlərini bildirib.Ancaq Təhsil Nazirliyi beynəlxalq standartları əsas gətirərək dərsliklərdə yenilik etmək fikrində deyil. Hərbi hazırlıq dərsliyinin özündə də problemlər var. Şəkillər köhnədir. Mənə bəzən elə gəlir ki, bu dərslikləri hazırlayan şəxslər hərbi billiyi aşağıdır. Hərbi elə bir sahədir ki, konkret ixtisaslar üzrə dərsliklər yazılmalıdır”. 

Ramil Məmmədli psixoloji durumun fərddən aslı olduğunu da bildirib. “Həqiqi hərbi xidmətə gedən şəxs orda qarşılaşdığı hər hansı çətinliyə tap gətirməlidir. Hərbi xidmətə ilk gündə adaptasiya olanlar da var. Bir neçə aya öyrəşənlər də olur. Bunu sırf tədrislə bağlanmaqla düzgün deyil. Gənclərimiz hərbi xidmətə hazırlıqlı getməlidir. Əlbəttə bu hazırlıq orta məktəblərdə aparılmaldır”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...