Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hadı Rəcəbli: "Prezidentin sərəncamları 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib"

“Prezident İlham Əliyev şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin müavinətinin artırılması ilə bağlı çox mühüm bir sərəncamlar imzalayıb. Sərəncamda həmin şəxslərə verilən müavinətlərin aylıq məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılması qeyd edilib. Bu sərəncam da təxminən 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib”.

Mynews.az-ın “Report”a istinadla xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri bildirib ki, şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqətindədir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...