Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda gəlini küçədə zorlayan öldürən idmançıya AĞIR CƏZA - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Fəttah Nuriyevin (1988-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 149.1-ci (zorlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Mynews.az-ın oxu.az-a istinadən verdiyi məlumatına görə, ötən il avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğunun əməkdaşları qadının boğularaq öldürüldüyünü müəyyən ediblər. İsti izlərlə şəhər sakini Fəttah Nuriyev tutulub.

İstintaqın gedişatına məlum olub ki, Fəttah Nuriyev Sevda Bayramovaya hücum edərək, onunla zorla cinsi əlaqədə olub. Zorlama zamanı qadın qışqıraraq, insanları köməyə çağırıb.

Onun səsinin vətəndaşlar tərəfindən eşidilməməsi üçün Nuriyev qadının ağız və burnunu əli ilə bağlayıb. Buna görə qadın boğulmadan keçinib, qatil isə hadisə yerindən qaçıb. 

Bəzi mətbuat orqanları məlumat yayıblar ki, S.Bayramova Sumqayıtda, orta məktəblərdən birinin direktor müavinin gəlini olub. Mərhum ailəli və iki uşaq anası olub. Saxlanılan F.Nuriyev isə 3-cü mikrorayonda yaşayıb, bir uşaq atasıdır, idmanla məşğul olub.

Məhkəmə prosesində dövlət ittihamçısı F.Nuriyevə 20 il cəza verilməsini xahiş edib. Təqsirləndirilən şəxs son söz söyləmək üçün məhkəmədən vaxt istəyib. 

Növbəti proses fevralın 23-də keçiriləcək. Qeyd edək ki, məhkəmə iclası qapalı keçirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...