Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dövlət Komitəsinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 21-də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Mynews.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb. Ölkələrimizin digər sahələrdə olduğu kimi din sahəsində də əlaqələrinin genişləndirilməsinin perspektivlərini diqqətə çatdıran Mübariz Qurbanlı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Söhbət zamanı Türkiyə səfiri Erkan Özoral Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanması baxımından önəmli addım kimi dəyərləndirib. Səfir gələcəkdə Azərbaycan və Türkiyənin müvafiq təhsil müəssisələri arasında əlaqələrin sistemli şəkildə qurulması, birgə əməkdaşlıq imkanları, eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...