Bayılda evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarıldı
Bakıda Bayıl yamacında sürüşmə zamanı evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarılıb.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə sığınacaqda məskunlaşan sakinlər məlumat veriblər.
Məlumata görə, ailələr fevralın 21-də axşam saatlarında müvəqqəti yerləşdirildikləri Səbail rayonu 163 saylı orta məktəbdən çıxarılıb: "Dünən səhər saatlarında 67 ailəyə kirayə haqları verildi. Axşam saatlarında kirayə haqqı alan ailələr sığınacaqdan çıxarıldı".
Qeyd edək ki, fevralın 21-də Bayıl yamacında evləri təhlükəli vəziyytətə düşən 67 ailəyə kirayə haqları Azərbaycan Beynəlxalq Bankı vasitəsilə ödənilib.
Xatırladaq ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.
Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1109 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1096 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1096 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1093 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 992 dəfə oxunub