Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı məktəbində şagirdin çılpaq şəkillərini yaydılar - Rəsmi açıqlama - YENİLƏNDİ

"Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtdakı tam orta məktəblərdən birində qeydə alınmış məsələ ilə bağlı şagirdlər arasında müvafiq profilaktik işlər görülüb, məktəbdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və pedaqoji heyətin fəaliyyətinin müvafiq tələblərə tam uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib".

Bu barədə Sonxeber.az-ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, məktəbin bir şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ona aid olduğu güman edilən açıq-saçıq fotoşəkillərinin yayılmasını nəzərə alaraq, İdarəyə təqdim olunan fotoşəkil və materiallar araşdırılmaq üçün hüquq mühafizə orqanlarına təqdim olunub.

"BŞTİ-nin əməkdaşları, məktəb psixoloqu və müəllimlər də məsələ ilə bağlı cəlb olunub. Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.
Kütləvi İnformasiya Vasitələri nümayəndələrindən azyaşlıların mənafeyinin qorunması baxımından məsələnin həssaslığını nəzərə almaları xahiş olunur".

...

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.

Sonxeber.az report-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib. Polis faktla bağlı araşdırmalara başlayıb. "Report" məktəbin direktoru Leyla Fətiyevaya açıqlama almaq üçün müraciət edib. Lakin o, bu mövzuda danışmaq istəmədiyini deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...