Ailəsini axtaran gənc canlı efirdə şoka düşdü - Atası öz dayısı imiş... - VİDEO
Türkiyəli aparıcı Esra Erolun dünən yayımlanan verilişində hər kəsi təəccübləndirən bir həqiqətin üstü açılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir k, Hasancan adlı gənc ailəsini axtarmaq üçün verilişə qatılıb.
Bu zaman o acı həqiqətlə üz-üzə qalıb. Gənc atasının öz dayısı olduğunu və bu şəxsin illər öncə anasına təcavüz etdiyini öyrənib.
Təcavüzə məruz qaldıqdan sonra onu atan anası Kezban adlı qadın canlı efirə qoşulub:
"13-14 yaşda olarkən, özümə sahib çıxa bilmədim. Səni necə saxlayım? Qapım hər zaman sənin üzünə açıqdır. Amma mən xərçəng xəstəsiyəm, psixoloji durumum da pozulub. Xəstəyəm, mən gələ bilmirəm".
Qadının efirdə verdiyi açıqlama hər kəsi şoka salıb. O uşaqkən böyük qardaşı Mevlüt Eke tərəfindən təcavüzə məruz qaldığını deyib və Hasancanın doğma qardaşından olduğunu etiraf edib:
"O zaman 13 yaşım vardı, ailəm bu hadisənin üstünü örtmək üçün Hasancanı başqa bir ailəyə övladlıq vermək məcburiyyatində qaldı".
Esra Erolun verilişində həqiqəti öyrənən, əsəblərinə hakim ola bilməyən Hasancan şoka düşdüyünü etiraf edib: "Siz necə insanlarsınız? Həm sizdən, həm də özümdən utanıram".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 958 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 929 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 919 dəfə oxunub