Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyə Əsəd ordusuna zərbələr endirib

Bu gün, gecə saatlarında Türkiyə ordusu Afrinə daxil olmağa çalışan maşın karvanına aviazərbələr endirib.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin Hələbin Şeyx Maqsud rayonundan çıxan YPG terrorçularından ibarət karvanı atəşə tutduğu barədə məlumat yayılmışdı.

Sonradan bu məlumat təsdiqini tapmadı

“Biz karvanın kimə məxsus olduğunu tam müəyyənləşdirməyənə qədər bu xəbəri ictimailəşdirmək istəmirdik. Ancaq bir müddət sonra “Hizbullah”ın mətbuat xidməti karvanın Suriya ordusuna aid olduğunu bildirdi”, - deyə videonu yayan “WarJournal” “Telegram” kanalının yerləşdirdiyi məlumatda qeyd olunur.

“Hizbullah” hərəkatının bəyanatına əsasən, bütün karvan deyil, yalnız onun bir hissəsi hücuma məruz qalıb.

Bununla yanaşı, karvanın Afrinə tikinti materialları daşıdığı barədə iddialar var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...