Azərbaycanda "Whatsapp" vasitəsilə yayılan bu mesaja DİQQƏT
Son bir neçə gündür “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yayılan bir mesaj diqqətimizi çəkib.
Xəstə bir uşağa yardım olunması üçün insanlara şəkil və səs qeydindən ibarət mesaj göndərilir. Mesajda deyilir ki, kiminsə maddi yardım etməsinə ehtiyac yoxdur. “Whatsapp” şirkətinin əməkdaşları uşağın ailəsi ilə müqavilə bağlayıb. Hər göndərilən mesaja görə onlara 20 sent yardım olunur. Daha çox şəxsə göndərilsə, uşağın müalicəsi üçün lazım olan 200 min dollar toplanıla bilər.
Maraqlıdır, şirkətin “Whatsapp”dan göndərilən hər mesaja görə xəstə uşağın ailəsinə yardım etməsi nə qədər həqiqətə uyğundur?
Bununla bağlı açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, bu, çox müəammalı məsələdir:
“Ola bilər ki, şəkli yükləyən zaman kompüter və smartfona virus yazıla bilər. Ümumiyyətlə, tanımadığınız adamlardan gələn hansısa məlumatın açılması, yüklənilməsi məsləhət görülmür. Çünki həmin şəklin içərisinə proqram da yazıla bilər. Ola bilsin ki, fotoda hansısa bir şirkətin embleması yerləşdirilib. Zənnimcə, bu, marketinqlə bağlı bir paylaşımdır. Şirkətin paylaşılan şəklə görə xəstə olduğu deyilən şəxsə pul ödəməsi qəribə bir məsələdir. Belə bir biznes modellə birinci dəfədir tanış oluram. Bəlkə də biz səhv fikirləşirik. Şirkətin hansısa bir iddiası var. Şəklə görə pul ödəmək yox, yəqin ki, başqa bir məsələ var. Ən yaxşı halda, göndərilən şəkli paylaşmamaq tövsiyə olunur.”
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 956 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 914 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 905 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 905 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 902 dəfə oxunub