Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda özünü qatarın altına atan gənc görün kimin oğlu çıxdı - VİDEO

6 il öncə qayınatasının evindən yoxa çıxan Həsənov Mübarizlə bağlı ilginc detallar ortaya çıxıb.

Mübarizi axtarmaq üçün Rusiyadan "Səni axtarıram"a qatılan qardaşı tükürpədən açıqlamaları ilə diqqət çəkib.

Qardaşı Mübarizin oğlunun "Əmi, universiteti qurtarım, sənə bir şey deyəcəm" söylədiyini bildirib.

Mübarizin qardaşı atası itkin düşəndən sonra oğlunun intihara cəhd etdiyini də sözlərinə əlavə edib:

"Uşaq "Ulduz" metrosunda özünü atdı qatarın altına. Atamın 40-ı təzə çıxmışdı. İndi bir qolu yoxdur. Qatar bu insanın üzərindən keçib. Bu, oradan necə sağ çıxıb?!"

Bu açıqlama studiada əyləşən tamaşaçıları və ekspertləri məəttəl qoyub.

Qardaşı Mübarizlə qaynı arasında şərik saxladıqları toyuq-cücə üstündə söz-söhbət düşdüyünü də gizlətməyib.

Qeyd edək ki, Mübariz yoxa çıxandan sonra atası bu hadisəyə dözməyib, dünyasını dəyişib.

Verilişdən qardaşını axtaran şəxsin dəhşətli etirafını təqdim edirik:

Mənbə: milli.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...