Valideyn israrı uşağı 8 ay adsız qoydu - Körpəyə gülüş doğuran ad qoymaq istəyirmiş - VİDEO
Valideyn övladına gülüş doğuran ad qoymaq istəyib, nəticədə uşaq 8 ay adsız qalıb. Bəzi valideynlər məcburən istədikləri adı uşaqlara qoymaq üçün hətta məhkəmə çəkişmələrinə qədər israr ediblər.
BiG.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə valideynlərin istəkləri təmin edilməyib.
Hətta övladını 8 ay adsız saxlayanlara da rast gəlinib. Belə ki, uşağa Fəryad adı qoyulacaqmış. Amma qeydiyyat idarələrində valideynlərin diqqətinə çatdırılıb ki, belə ad qoymaq qadağandır. Yalnız 8 aydan sonra uşağa Alpər adı verilib.
Sayalı Sadıqova deyir ki, bəzi valideynlər Türkiyə seriallarından təsirlənərək adlar seçirlər. Bu da yolverilməzdir.
Sayalı Sadıqovanın sözlərinə görə, qanunvericilik körpəyə gülüş doğuran adların qoyulmasını qadağan edir. Bütün qeydiyyat şöbələrində Nazirlər Kabinetinin bununla bağlı qərarı var.
Valideynlər övladlarına ad seçərkən bu amilləri nəzərə almalıdırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1114 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1101 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1101 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1098 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 995 dəfə oxunub