Azərbaycanda nadir hadisə - Uşağın gözlərinin biri göy, digəri qaradır – VİDEO
Tovuzda yaşayan 6 yaşlı qız gözlərinin rəngləri ilə bir çoxlarının marağına səbəb olur.
Mynews.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, onun gözlərinin biri göy, digəri isə qara rəngdədir.
Zəhra Əliyeva doğularkən gözləri fərqli rəngdə olub.
Gözlərinin rəngləri fərqli olsa da, uşağın görməsində indiyə qədər heç bir problem olmayıb. Buna baxmayaraq, uşağın 13 yaşından sonra təkrar müayinə olunması məsləhət görülüb.
Zəhranın valideynləri deyirlər ki, indiyə qədər nəsillərində belə hala rast gəlinməyib. İlk dəfə Zəhranın göz rəngində müşahidə etdikləri fərq dünyada da nadir hadisə sayılır.
Onun şəxsiyyət vəsiqəsində də gözlərinin rəngi göy və qara yazılıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 981 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub
loading...