Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

TRT Xocalı həqiqətlərini dünyaya yaydı - VİDEO

Türkiyə teleradioşirkətinin (TRT) beynəlxalq bölməsi olan TRT World Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırıma həsr olunmuş videoçarx hazırlayıb.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Qarabağ münaqişəsinin tarixi haqqında danışan telekanal erməniləron Xocalıda törətdikləri vəhşiliklər, dinc sakinlərin, qadınların və uşaqların qətliamına diqqəti çəkib.

Bundan başqa, kadrlarda qeyd olunur ki, Xocalıdakı erməni quldur dəstələrindən birinin başçısı Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan olub.

Qeyd edək ki, Xocalıda törədilmiş soyqırım aktı nəticəsində qocalar, uşaqlar, hamilə qadınlar daxil olmaqla, 613 nəfər erməni quldurlarının təcavüzünə məruz qalıb və öldürülüb.

Xocalının 150 sakini itkin düşüb, daha 1275 nəfər əsir götürülərək, müxtəlif işgəncələrə məruz qalıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...