Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Leyla Əliyeva Eminin nənəsinin ad günündə - FOTO-VİDEO

Müğənni-bəstəkar Emin Ağalarovun nənəsi Tamara Fyodorovnanın ad günü olub.

Mynews.az-ın məlumatına görə, bu münasibətlə Ağalarovlar ailəsi təmtəraqlı məclis təşkil ediblər. 

Moskvada baş tutan gecədə iş adamı Araz Ağalarov, xanımı İrina Ağalarova, ailənin dostları iştirak ediblər. Ad günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da qonaq olub.

Məclisdən görüntülər qonaqlar tərəfindən sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, T.Fyodorovna Eminin ana nənəsidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...