Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evlənənlərin sayı azalır

Ötən il Bakıda qeydə alınan boşanma və nikahların sayı açıqlanıb.

Bakı şəhər Statistika İdarəsindən Mynews.az-a verilən məlumata görə, 2017-ci il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15426 nikah və 4906 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,8%, boşanmaların sayı isə 2,2% olub. Nikahların sayı 2016-cı illə müqayisədə 9,4% azalıb, boşanmalar isə 10% artıb. 

Bundan başqa, keçən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Bakı şəhərinə 5012 nəfər gələn, 5677 nəfər gedən qeydə alınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...