Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Narkoloji Mərkəzdə ölənlərin meyitləri ailələrinə təhvil verilir

Ötən gün yanğında dünyasını dəyişən şəxslərin adları artıq müəyyənləşib.

Mynews.az-ın məlumatına görə, bunu Oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

O bildirib ki, ölənlərin adları artıq bəllidir. Hazırda kimliyi müəyyənləşmiş meyitlərin ailələrinə təhvil verilməsi ilə bağlı işlər görülür:

“Bildirək ki, dünyasını dəyişən şəxslərin adları müəyyən olunub. Hansı meyitin kimə aid olması bilinən kimi ailələrinə təhvil verilir. Mətbuata daha geniş məlumat veriləcək”. 

Xatırladaq ki, ötən gün Respublika Narkoloji Dispanserində güclü yanğın hadisəsi baş verib.

Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə, biri isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...