Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Novruz bayramı ilə əlaqədar satış-yarmarkaları açıldı

Novruz bayramı ərəfəsində paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti satış-yarmarkaların təşkilinə start verib.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən Mynews.az-a bildirilib ki, yarmarkalar Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 59 (Təzə bazarın aşağı hissəsi), Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 207 (“İdeal” şadlıq sarayının yanı) ünvanlarında təşkil olunur. Həmçinin, Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı) və Yeni Günəşli qəsəbəsi (“Günəş” ticarət mərkəzinin ərazisi) ünvanlarında da yarmarkalar keçiriləcək.

Yarmarkalarda əhaliyə təklif olunan məhsullar səhmdar cəmiyyətin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilati dəstək verilib.

Şənbə və bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq.

Səhmdar cəmiyyət yarmarkalara avans hesabına yerli fermerlərdən tədarük olunaraq “Eloba” brendi altında qablaşdırılmış noxud, ağ lobya, qarabaşaq, düyü məhsullarını da çıxarıb. Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20 faiz ucuz satılacaq. Yarmarkalar mart ayının sonuna qədər fəaliyyət göstərəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...