Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aydın Xırdalanlı ağır xəstəliyə tutuldu

Bir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlıda yeni xəstəlik tapılıb.

Bu gün yerli mediada onun “Hepatit C” xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb.

Mynews.az-ın məlumatına görə, Meyxanaçı Oxu.Az-a açıqlama verərək xəbəri təsdiqləyib:

“Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. “Hepatit C” aşkarlandı, müalicələrə başlamalıyam”.

Aydın bildirib ki, bunlar zamanında istifadə etdiyi narkotikin fəsadlarıdır:

“Əslində, indi narkotikdən müalicə alıram. Demək olar ki, uzaqlaşmışam. Amma tam sağalmamışam. Müalicələrimi sonadək davam etdirməliyəm”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...