Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

54 polis əməkdaşı yaralandı - Azərbaycanda

Ötən il mükafatlandırılan polis əməkdaşlarının sayı açıqlanıb.   Unikal.org-un məlumatına görə, daxili işlər orqanlarının şəxsi heyətinin 2017-ci ildəki fəaliyyəti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 56 polis əməkdaşı və hərbi qulluqçu (3-ü ölümündən sonra) dövlət mükafatı ilə təltif edilib, rəhbər vəzifəli 4 əməkdaş isə ali xüsusi rütbəyə layiq görülüb.   Bundan əlavə, cinayətkarlıqla mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində, yanğın hadisələri, yol-nəqliyyat qəzaları və digər ekstremal vəziyyətlər zamanı insanların xilas edilməsində göstərdikləri fədakarlığa, habelə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə DİN-in müvafiq əmrlərinə əsasən 3280 əməkdaşa, o cümlədən 437 nəfərə DİN "Fəxri Fərmanı”, 312 nəfərə "DİO-da əla xidmətlərinə görə” döş nişanı, 1370 nəfərə pul mükafat verilib, 1161 nəfərə digər həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütövlükdə daxili işlər orqanları üzrə 15055 əməkdaş mükafatlandırılıb.   O da qeyd olunub ki, ötən il ərzində xidməti vəzifələrini yerinə yetirərkən 54 əməkdaş xəsarət alıb.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...