Fədayə Laçından sürpriz telefon zəngi - "Bağışla..."
Müğənni Fədayə Laçın “8 mart – Beynəlxalq Qadınlar günü”nü dəmir barmaqlıqlar arxasında keçirtsə də, ana-bacısını təbrik edib.
Mynews.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən müğənninin bacısı İlahə Fəda dünən Fədayə ilə telefonla danışdıqlarını deyib:
“Fədayə hər 8 mart bayramında anamı təbrik edirdi. O, hədiyyə almaqdan çox verməyi xoşlayır. Çünki insanlar sevinəndə o da xoşbəxt olurdu. Buna görə də nəinki 8 martda, bütün bayramlarda və doğum günlərində başda anam olmaqla əzizlərini hədiyyələrlə sevindirirdi. Bu il bunu edə bilmədi. Amma anamın gözünü yolda qoymadı. Telefonla onu və məni təbrik etdi. Dedi ki, bağışlayın ki, bu əzuz gündə yanınızda ola bilmədim. Anamın ən böyük hədiyyəsi o olardı ki, balası həbsdən çıxsın. Çünki anam Fədayə həbs olunan gündən özündə-sözündə deyil. Həmin gündən bəri bir dəfə də olsun üzü gülməyib”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 941 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 914 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 906 dəfə oxunub