Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zakir Zeynalovun oğlunun yas mərasimi keçiriləcək - FOTOLAR

Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi vəsifəsində çalışan Adil Zeynalov 4 illik ağır xəstəlikdən sonra 5 fevral tarixində dünyasını dəyişmişdir. “Mila Displastik sindrom” diaqnozu qoyulan A.Zeynalov Türkiyənin “Florence Nightinale” xəstəxanasında müalicə alırdı. 

Qeyd edək ki, A.Zeynalov 2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüququ-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun böyük oğlu idi. 

17.03.2018 tarixində, saat 10:00-dan Bakı şəhərində Tural mərasim evində mərhum Zeynalov Adil Zakir oğlunun 40 (qırx) mərasimi keçiriləcək. 

Əlaqə: (050) 209-30-44 Nazim Zeynalov.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...