Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda "MedEra" klinikasının cərrahından qadınlara iyrənc 8 Mart təbriki... - FOTOLAR

Kəsilmiş insan mədələrindən düzəltdiyi “8” rəqəmi ilə qadınları təbrik edən cərrah Fərid Rəfiyev “MedEra Hospitalı”nda cərrahiyyə şöbəsinin müdiri işləyir.   Bu barədə virtualaz.org saytına klinikadan məlumat veriblər. Həkim “mədə kiçiltmə” əməliyyatı ilə məşğul olur. Paylaşılan fotoşəkil də əməliyyat blokunda çəkilib. Klinikanın əməkdaşı onu da qeyd edib ki, fotoşəkil paylaşılandan sonra klinikaya müraciətlər çox olub.   “Həkimin pasientlərinin çoxu özünü arıqlatmaq istəyən izafi çəkili qadınlardır. Cərrahın çəkdiyi fotoya görə sualları Fərid Rəfiyevin qohumu və köməkçisi olan Kənan Rəfiyev cavab verə bilər”, - klinikadan əlavə ediblər.   K.Rəfiyev isə deyib ki, foto ilə bağlı yalnız həkimin özü danışa bilər.   Qeyd edək ki, Fərid Rəfiyev 12 ildir cərrah kimi çalışır, tibb eləmləri üzrə fəlsəfə doktorudur, 2014-cü ildə “İlin həkimi” adına layiq görülüb.   ***   Dünəndən etibarən sosial şəbəkələrdə azərbaycanlı cərrahlardan birinin “sənət əsəri” paylaşılmaqdadır.   Fotoşəkildə üzündə tibbi maska olan cərrah masanın üzərində kəsilmiş insan mədələrindən düzəltdiyi “8” rəqəmi və “mart” sözü ilə təbrik “yaradıb”.   Bu fotoşəkil sosial şəbəkə istifadəçilərinin haqlı hiddətinə səbəb olub. Lakin elələri də tapılıb ki, bunun cərrah və həkimlər üçün “adi şey” olduğunu nəzərə çatdırıblar.   Qeyd edək ki, cərrah təbrikini imzalamağı da unutmayıb – “Doktor Rəfiyev”.   Bu hərəkətin həkimlik etikasına nə dərəcədə sığdığını müəyyənləşdirmək isə, yəqin ki, səlahiyyətli orqanların işidir.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...