Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağstafada yol qovşağına işıqfor əvəzinə güzgü quraşdırılıb - FOTOLAR

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol qovşağına işıqfor və ya yol nişanı əvəzinə güzgü quraşdırılıb və avtomobillərin hərəkəti də bu güzgü vasitəsilə tənzimlənir.

Mynews.az Report-a istinadən xəbər verir ki, ideya kənd sakini Qabil Mahmudova məxsusdur.

O, bu addımı ərazidə baş verən yol qəzalarının qarşısını almaq məqsədi ilə atdığını deyib.

“Yol kəsişməsində əvvəllər tez-tez qəzalar olurdu, tələfat qeydə alınırdı. Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib. Sürücülər də bu vasitənin tətbiqindən məmnundurlar”, - deyə Q.Mahmudov bildirib.

Hündürlüyü 2 metrə çatan güzgünün səmərəli olacağı təqdirdə, daha böyüyü ilə əvəzlənəcəyi bildirilir.

 

 
 
 
 
 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...