Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nepalda təyyarə qəzası - 50 ölü - VİDEO - FOTOLAR

Katmandu beynəlxalq hava limanında təyyarə qəzası zamanı 50 nəfər ölüb.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, bu barədə “Kathmandu Post” nəşri yazır.

Qeyd olunur ki, təyyarənin göyərtəsində 67 sərnişin və dörd ekipaj üzvü olub.

14:19

Katmandu beynəlxalq hava limanında qəzaya uğrayan US-Bangla aviaşirkətinin sərnişin təyyarəsinin göyərtəsində 67 nəfər olub.

Mynews.az “Kathmandu Post”a istinadən məlumatına görə, onlardan 17-si xəstəxanaya yerləşdirilib.

Daha 50 nəfərin taleyi barədə məlumat yoxdur.

13:51

US-Bangla aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nepalda Tribhuvana adına Katmandu beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, bu barədə “Kathmandu Post” nəşri yazır.

S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb və alovlanıb.

Bildirilir ki, “Bombardier Dash 8 Q400”  tipli təyyarələr 67-dək sərnişin tutumuna malikdir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...