Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Quba sakini evində yanaraq öldü

Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

Fövqəladə Hallar Nazirliyindən Mynews.az-a verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub.

Yanğın söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə edilib. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...