Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Büdcədən maliyyələşən müəssisələrdə maaşlar artırılıb

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları artırılıb.

Mynews.az oxu.az-a istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif  (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərar verib.

Martın 1-dən qüvvəyə minən qərara əsasən dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəli aşağıdakı kimidir:

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı (manatla)

1

143

2

146

3

149

4

152

5

155

6

161

7

167

8

174

9

182

10

190

11

198

12

206

13

216

14

231

15

251

16

294

17

396

18

535

19

825

Yeni qərarın qəbulu ilə bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarı ləğv edilib. Bu qərara əsasən Vahid Tarif Cədvəli aşağıdakı kimi olub:

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı (manatla)

1

160

2

168

3

176

4

184

5

192

6

200

7

208

8

216

9

227

10

240

11

253

12

267

13

281

14

306

15

335

16

388

17

495

18

634

19

875

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...