Əli Həsənov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranı qəbul edib.
Dövlət Komitəsindən Mynews.az-a verilən məlumata görə, görüşdə baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün BQXK tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirib.
Ə. Həsənov bildirib ki, bu gün Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atır.
E. A. Sessera cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verib.
Nümayəndəliyin rəhbəri Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 572 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 561 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 557 dəfə oxunub