Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verildi

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verildi.

Mynews.az z xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir.

Birlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə 2018-ci il martın 17-də Novruz bayramı ərəfəsində Beyləqan rayonunun Birinci Şahsevən kəndinə təbii qazın verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki,1641 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 172 091 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.  

  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...