Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycana bahar gəlir

Sabahdan etibarən Azərbaycan ərazisinə bahar gəlir. 

Bu haqda Mynews.az-a AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

O bildirib ki, mart ayının 20-də, saat 20:15:30-da baharın gəlişi gözlənilir:

“Martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.
Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq.

Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edəcək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...