Qazaxda qadın paltarı geyinən kişilər tənqid olundu - Adət imiş... - VİDEO
Qazaxda, xüsusilə də, rayonun Yuxarı Salahlı kəndində kişilərin Novruz bayramında qadın paltarı geyinməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Mynews.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, şənlikdə çəkilmiş videolar dünəndən qınaq obyektinə çevrilib. Şəbəkə istifadəçilər bu adətin Novruz ənənələri ilə heç bir əlaqəsinin olmadığını yazıb.
Maraqlısı budur ki, bu ənənə rayonda uzun illərdir ki, qeyd olunur. Adətə görə, bayramla əlaqədar olaraq kənd kişiləri ilin bir günü müxtəlif libaslar geyərək küçələrdə gəzir, rəqs edirlər.
Kənd sakininin sözlərinə görə, illər əvvəl bu şənlik insanların, keçi-qoyun dərisi geyinərək bəzənmə ilə başlasa da, ildən ilə adətdə müəyyən dəyişikliklər olub. Artıq rayonda bu adət karnaval formasını alıb.
Bunun əsas səbəbi subay oğlanların sevdiyi qızın evinə gedəndə qızın əmisinin, dayısının, bir sözlə, qohumların onu tanımamasını istəməsidir. Bununla yanaşı, hərbçi, həkim, küpəgirən qarı və yaxud başqa kostyumları da seçənlər olur.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1097 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1085 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1085 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1082 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 985 dəfə oxunub