Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bəhruz Quliyev - "Bütün mətbuat nümayəndələri bir vətəndaş institutu kimi narahatdırlar"

"Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlərə qarşı qarayaxma kampaniyasının aparılması yolverilməzdir. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası (MSK) hüquq çərçivəsində bunun qarşısının alınması yolunu tapmalıdır. Digər tərəfdən, düşünürəm ki, müvafiq qurumlar qarşısında məsələ qaldırılmalıdır ki, bu cür qarayaxma xarakterli videolara sərt reaksiya verilsin".

Mynews.az  SİA-ya istinadən bildirir ki, bunu Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.

SƏS Media Qrupunun rəhbərinin sözlərinə görə, anti-Azərbaycan qüvvələrin sosial şəbəkələrdə yaydıqları bəzi qərəzli videolar tək dövlət başçısını deyil, ümumilikdə Azərbaycan xalqını təhqir etməyə yönəldilib: "Hesab edirəm ki, əlaqədar qurumlar bunun qarşını almaq məqsədi ilə sərt tədbirlər görməlidir. Sosial şəbəkələrə nəzarət mexanizmi bütün demokratik dövlətlərdə mövcuddur. Sadəcə olaraq, biz buna hələ ki ciddi baxmırıq. Hətta deyərdim ki, "youtub"da Azərbaycan haqqında pozitiv fikirlərdən daha çox, iki-üç nəfərin hazırladığı anti-Azərbaycan xarakterli videolar yer alır və bu bizi çox narahat edir. Mən əminəm ki, bu tədbirdə iştirak edən bütün mətbuat nümayəndələrinin rəhbərləri də sözügedən problemdən çox narahatdırlar.

Düşünürəm ki, bu məsələyə həm dövlətin, həm də MSK-nın xüsusi həssaslıqla yanaşmasına ehtiyac var. Seçkilər ərəfəsində sosial şəbəkələrdə anti-Azərbaycan qüvvələrin trolları aktivlik nümayiş etdirirlər. Hətta deyərdim ki, bir neçə kampaniya var ki, onlar qrup şəklində Azərbaycan əleyhinə qərəzli təbliğat aparırlar. Bu məsələ ilə bağlı ciddi məşğul olmaq lazımdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...