Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah hava yağmursuz keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda  gecə  6-8, gündüz 14-16 dərəcə isti  olacağı gözlənilir. Atmosfer  təzyiqi  762 mm civə sütunu, nisbi rütubət  65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...