Mingəçevirdə DƏHŞƏT - çörək kəsdiyi dostunu öldürdü
Mingəçevir şəhərindəki restoranlardan birində gənclər arasında baş verən dava qanla nəticələnib. APA-nın yerli bürosunun xəbərinə görə Mingəçevir sakini, 1998-ci il təvəllüdlü Həsənov Emil Çingiz oğlu dostu 1996-cı il təvəllüdlü Mamedov Orxan Salman oğlu ilə “Qədiroğlu” restoranında yeyib-içən zaman aralarında şəxsi münasibətlər zəminində dava baş verib. Emil Həsənov restoranın mətbəxindən götürdüyü bıçaqla Orxan Mamedovun bud nahiyəsinə xəsarət yetirib.
Orxan Mamedovun şah damarı kəsildiyi üçün çoxlu qan itirib və təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub.
Orxan Mamedov sonradan vəziyyəti ağırlaşdığı üçün Gəncə Beynəlxalq Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib. İki dost arasında baş verən dava zamanı onları sakitləşdirməyə çalışan restoranın ofisiantı, 2000-ci il təvəllüdlü Seymur Zeynalovun da xəsarət aldığı bildirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 932 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 578 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 570 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 570 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 566 dəfə oxunub