Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

6 ay işləyib, 6 ay səyahət edirlər - 20 ildə 40 ölkə gəziblər + FOTOLAR

Türkiyədə yaşayan Şənyuva cütlüyü maraqlı həyat tərzi ilə gündəmə gəlib.

Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, Alov və Tamer cütlüyünün həyatlarının mənası səyahətdir. Alov vəkildir, Tamer isə Türkiyədə turist bələdçisi. Cütlük son 20 ildir ki, Türkiyədə ildə cəmi 6-7 ay qalır. Geri qalan müddətdə isə səyahət edirlər. Onlar bu günə kimi Avropa, Asiya, Amerika və Afrikada 40 ölkədə olublar.

Getdikləri ölkələrdə isə ən az 2 ay qalırlar. 

Şənyuvaların sözlərinə görə, səyahətə evləndikdən sonra başlayıblar. Onların 18 yaşlı Sarp adlı oğlan övladları da var. Əvvəl 2 nəfərlik səyahət, sonradan 3 nəfərlik səyahətə çevrilib. Cütlük belə həyat tərzi ilə xoşbəxt olduqlarını deyiblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...