Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ev tikmək istəyənlərə şad xəbər - VİDEO

Prezident İlham Əliyev “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu təsdiq edib. Dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanından 15 gün ərzində cavab gəlməzsə, vətəndaş tikintiyə başlamaqda sərbəstdir.

Dəyişikliyə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir.

Həmin sorğuya bir ay müddətində yox, 15 gün müddətində rəy bildirilməlidir. Bundan başqa insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
Digər bir dəyişikliyə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini yoxlanılması üçün həmin orqana təqdim edir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə sifarişçi tikinti işlərinə başlaya bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...