Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda qəribə məzar - VİDEO

Mynews.az bildirir ki, Neftçala rayonunun Boyat kənd qəbiristanlığındakı məzar görənlərin təəccübünə səbəb olub. Məlumata görə, sözügedən məzarda avtoqəza nəticəsində dünyasını dəyişən bir şəxs dəfn olunub.

Mərhumun yaxınlarının sözlərinə görə, ailənin yeganə övladının ölümündən sonra valideyinləri də dünyasını dəyişib.Yaxınları məzarın qəbirüstü abidəsini bərpa etdirib. Bu zaman köhnə baş daşı çıxarılaraq məzarın kənarına qoyulub. Onun yerində isə yenisi qoyulub. Bəs görəsən baş daşının dəyişməsi dinə uygundurmu?

Maraqlıdır ki, həm köhnə, həm də təzə baş daşı ayrı-ayrı dəmir məhəccər və çəpərlə əhatə olunduğundan bura baş çəkənlər məzara iki baş daşının bilərəkdən qoyulduğunu düşünürlər.

Din xadimləri də bu kimi halda köhnə baş daşlarının aid olduğu məzardan kənarlaşdırılmasını məqsədəuğun hesab edirlər. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...