Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda növbəti intihara cəhd - Qadın 4-cü mərtəbədən özünü atmaq istədi

Bakıda intihara cəhd olub. APA TV-nin məlumatına görə, Xətai rayonu ərazisində, Xocalı prospektində bir qadın doqquzmərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atmaq istəyib.

O, yaşadığı mənzilin eyvanına çıxaraq intihar edəcəyini deyib. Hadisə yerinə təcili FHN-in xilasediciləri cəlb edilib. Ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb.

Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. Eyvandan düşürülən şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...