Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Övladlarının hüquqlarını pozan valideynlər

“Valideynlərimiz öz istəklərini uşaqların beyninə köçürməyə çalışırlar”. 

Bunu BiG.AZ-a açıqlamasında psixoloq Könül Telmanqızı deyib. 

Övladlarının hüquqlarını pozan valideynlər - PSİXOLOQ

Psixoloq qeyd edib ki, övladlarının arzularını önəmsəmir, öz istəklərini uşaqlara etdirmək istəyirlər: “Düşünmürlər ki, uşaq ilk öncə şəxsiyyətdir. Özünə görə xarakteri var. Uşaq nə ananın, nə də atanın xarakterini daşımır. O, özündə xarakter formalaşdırıb addımlayır. Valideyn ən azı övladına yanaşmanı düzgün seçməlidir. Valideynlər övladlarına dostcasına yanaşmırlar. Daha çox tənqidi və müqayisəedici mövqedən övladına yanaşır. Bu da intihara, valdeyn-övlad münasibətinin pozulmasına gətirib çıxarır. Bu hallar daha çox yeniyetmə vaxtlarında baş verir. Çünki bu dövrdə uşaqlarda dəyişikliklər baş verir. Bu dəyişiklikləri valideyn başa düşmür. Bu zamanda ailədə xoşagəlməz hallar yaşanır. Uşaq aldığı tramvanı beynində daşıyır. Bu travma da həyatda düzgün addımla bilməməsinə səbəb olur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...